Ailənin və uşaq həkiminin razılığından sonra vaksin vurdura bilərlər
Slovakiyada sabahdan etibarən 5-11 yaşlı uşaqlar da vaksinasiyadan keçə biləcəklər. AYNA xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Vladimir Lenqvarski deyib.
Nazir bildirib ki, bu qərar mütəxəssis və həkimlərin tövsiyəsi ilə qəbul edilib: “12 yaşdan yuxarı olanların peyvəndlənməsinə aylar əvvəl başlanılıb. 5-11 yaşlılar isə ailənin və uşaq həkiminin razılığından sonra vaksin vurdura bilərlər”.
O əlavə edib ki, gələn həftədən ölkədə üçüncü doza vaksinasiyaya başlanacaq.