Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib
Şirvanda 51 yaşlı qadını avtomobil vurub. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Mars“VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızını vuraraq ağır yaralayıb.
Yaralı piyada kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.