Simonyan: “Azərbaycanla müharibə səhifəsi bağlanıb”

Aktual

03.02.2026 - 13:55

"Hər hansı dramatik hadisələr baş verməsə, bu səhifəni yenidən açmağımız ehtimalı azdır”

"Ermənistan və Azərbaycan arasında müharibə səhifəsi bağlanıb”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

"Hər hansı dramatik hadisələr baş verməsə, bu səhifəni yenidən açmağımız ehtimalı azdır. Mən bu səhifəni bağlanmış hesab edirəm", - deyə qeyd edib.

Spiker vurğulayıb ki, “Ermənistan tərəfinin Qarabağ məsələsinin bağlanması və sülh dövrünün başlaması ilə bağlı təklifləri və ritorikası cəmiyyət tərəfindən qəbul edilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş