Azərbaycanda son sutkada 9 nəfər COVID-19-dan vəfat edib

Aktual

21.01.2021 - 17:07

Daha 770 nəfər koronavirusdan sağalıb, 218 nəfər yoluxub

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 228 246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5309, hazırkı dövrədək isə 2341807 test aparılıb.

Müəllif: Ayna.az