Səfirlik işçisinin ölkədən niyə çıxarıldığının təfərrüatları açıqlanmayıb
Şimali Makedoniya Rusiyanın bir diplomatını ölkədən çıxaracaq. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Səfirlik işçisinin ölkədən niyə qovulduğunun təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, aprelin sonlarında Çexiya Avropa ölkələrini rus diplomatlarını qovmağa çağırıb. Bundan sonra Slovakiya, Latviya, Litva, Estoniya tərəfindən analoji addım atılıb.
Xatırladaq ki, Çexiya Vrbetisadakı sursat anbarında baş verənlərdə əlinin olmasına görə rusiyalı diplomatları ölkədən çıxardı.
Sursat anbarında partlayışlar 16 oktyabr və 3 dekabr 2014-cü il tarixlərində baş verib. Hadisə nəticəsində iki nəfər ölüb. Bu günədək partlayışın dəqiq səbəbləri müəyyənləşdirilməyib.