“Silahlı Qüvvələrimizdə kütləvi yoluxma baş verməyib”

Xəbərlər

19.11.2020 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentin köməkçisi: “Biz Vətən müharibəsində qalib gəldik, koronavirusla mübarizədə də qalib gəlməyimiz zəruridir”

 

“Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib”. AYNA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.      

 

H. Hacıyev qeyd edib ki, bu istiqamətdə ayıq-sayıqlığın davam etdirilməsi vacibdir: “Yeni növ koronavirusa (COVİD-19) yoluxmanın artması bizi narahat edir. Bizim yaralı əsgərlərimiz var və onların koronavirusa yoluxmasının qarşısının alınması da əsas vəzifələrdən biridir. Onların sağlamlığını qorumaq üçün bu, vacibdir. Biz Vətən müharibəsində qalib gəldik, koronavirusla mübarizədə də qalib gəlməyimiz zəruridir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş