Sibiqa İlham Əliyevə təşəkkür edib

Xəbərlər

25.05.2025 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

“Biz Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının inkişafı istiqamətində növbəti addımları müzakirə etdik”

“Mən şəxsən Prezident Əliyevə Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, qış dövründə humanitar və enerji yardımına görə təşəkkür etdim”. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“İlham Əliyev Bakıda. Biz Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin əsas mövzuları və beynəlxalq gündəm ətrafında açıq və ətraflı müzakirə apardıq. Biz Rusiyanın təcavüzünə necə son qoyacağımız və ədalətli və davamlı sülhün necə bərqərar olacağına xüsusi diqqət yetirdik. Biz Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının inkişafı istiqamətində növbəti addımları müzakirə etdik. Azərbaycanın bu il iyulun 10-11-də Romada keçirilməsi planlaşdırılan Ukraynanın Bərpası Konfransında iştirakı bu baxımdan əhəmiyyətli olacaq”, - deyə Andrey Sibiqa qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş