Səudiyyə Ərəbistanında karantin rejimi yumşaldılır

Dünya

26.05.2020 - 08:45

Səudiyyə Ərəbistanında tədricən normal həyat tərzinə keçiləcək

 

Mayın 28-dən Səudiyyə Ərəbistanında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər tədricən yumşaldılacaq.

 

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə naziri Tovfik ər-Rabia “Əl-Ehbariya” telekanalında bildirib.

 

Nazir qeyd edib ki, bu həftənin cümə axşamından sonra ölkədə tədricən normal həyat tərzinə keçiləcək: “Bu addım xəstəliyin erkən aşkarlanması üçün müayinələrin və yoluxmanın ağır hallarının müalicə etmək imkanlarının genişləndirilməsinə əsaslanır”.

Müəllif: Ayna.az