Səudiyyə Ərəbistanı bayram namazı ilə bağlı qərar verib

Dünya

18.04.2020 - 18:37

Səudiyyə Ərəbistanında koronavirus təhlükəsi səbəbilə Ramazan bayramına dair bəzi qərarlar qəbul olunub

 

“Ramazan ayında namazlarınızı evdə qılın”

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Baş Müftisi Abdüləziz Əl-Şeyx çıxışında deyib.


 O, qeyd edib ki, koronavirusla bağlı karantin tədbirləri Ramazan ayı boyunca da davam edəcək, bu səbəbdən sosial məsafəni gözləmək məqsədilə bütün dini ibadətlər evdə olmalıdır.


Həmçinin qeyd olunub ki, məscidə gələn olsa belə, iftar üçün hər hansı bir qidanın gətirilməsi qadağandır. “Oruclarınızı evdə açın, məscidə su, xurma gətirməyin".


Qeyd edək ki, martın 20-dən etibarən Səudiyyə Ərəbistanında, o cümlədən Məkkədə Harami Şərif və Mədinənin Nəbavi Məscidində  namaz qılmaq qadağan olunub.


Hazırda ölkədə 7 142 nəfərin Covid-190-a yoluxduğu aşkarlanıb, 87 nəfər isə həyatını itirib. 

Müəllif: Raminə Eyvazqızı