Akif Aşırlı: "Bu layihənin uğur qazanacağına, rəqabətə davam gətirəcəyinə inanırıq"
"Nə zamansa xəyal etdiklərimiz indi gercəkləşir. "Şərq" qəzeti nəşrə başlayandan az sonra ən maraqlı müsahibələrimizi Şərq TV rubrikasında cap edirdik. Televizorun fotosunun bir küncünə "Şərq TV" yazıb, mahiyyətə uyğun dizayn verməyə, oxucuda canlı müsahibə ovqatı yaratmağa calışırdıq. O vaxtdan nə az , nə cox, 24 il ötür".
AYNA xəbər verir ki, bu sözləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı özünün “Facebook” səhifəsində yazıb.
Akif Aşırlı daha sonra bunları qeyd edib: “Xəyallarımız , arzularımız indi gerçəkləşir. 3 aydan coxdur ki, gücümüzün, enerjimizin bir hissəsini həm də media platforması üzərində internet televiziyası qurmağa sərf edirik. Açığı, uzun illər klassik qəzetçiliklə məşğul olan, indi isə yeni medianın üstünlüklərindən bəhrələnməyə çalışan komanda üçün bu yeni layihələr çətin olsa da, həvəslə, səbirlə işlər davam edir. Demək olar ki, hər gün öyrənir, araşdırır, müzakirə aparır, bu işin peşəkarlarından məsləhətlər alırıq. Fərqli bir teleməkan yaradacağımıza inanır, gücümüzə arxayınıq. Bu sırada bizə öz dəstəyini göstərən telejurnalistikanın ağsaqqallarından olan Qulu Məhərrəmlinin, Elçin Əlibəylinin, illərin dostu Rasim Mustafaoğlunun adını cəkməmək olmaz, sağ olsunlar. Dəyərli məsləhətlər, istiqamətlər verdilər”.
“Artıq televiziyanın çəkiliş, montaj studiyası tam hazırdır. Kiçik bir komanda hazır vəziyyətdə işə başlamaq ərəfəsindədir. Başda isə, "Şərq"in öz yetirməsi olan Elvin Basqallı gəlir. Mətbuata gəlişi "Şərq"dən başlayan, bir necə telekanalda calışıb uzun yol qət edən, elə indi də “Space” TV-ni tərk etməyən Elvinə inanırıq. Öz yetirmənə necə inanmayasan?! Bir neçə gəncə indi o, istiqamət verəcək, müəllimlik edəcək. Bu layihənin uğur qazanacağına, rəqabətə davam gətirəcəyinə inanırıq. Mətbuatın 25 il müddətində bəzən ədalətli, bəzənsə haqsız rəqabətinə duruş gətirib, qəddimizi əyməmişiksə, cətin ki, indi məğlub durma düşək. Yaxın günlərdə başlayırıq, dostlar! Kanala abunə olmağı unutmayın!”, - A.Aşırlı əlavə edib.