Sərhədi pozmağa cəhd edən əcnəbilər saxlanılıb

Xəbərlər

27.10.2026 - 18:53

Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AYNA.AZ-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş