Səfər çərçivəsində İlham Əliyev və xarici işlər naziri ilə görüş nəzərdə tutulub
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda səfərdə olacaq. AYNA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, S.Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.