Qəzada ölənlərin adları məlum olub
Şəmkirdə baş verən qəzada ölənlərin adları məlum olub. AYNA-nın APA-ya istinadən məlumatına görə iki avtomobilin toqquşması nəticəsində 1938-ci il təvəllüdlü İsgəndərova Gilas Bayram qızı və 1961-ci il təvəllüdlü Nağıyeva Familə Bəhram qızıdır.
Hələlik yaralıların adları məlum deyil. Yaralıların vəziyyətinin ağır olduğun görə onlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib. Hadisə rayonun Yasamal aşırımında qeydə alınıb. Hərəkədə olan “İnfinity” və “Ford” markalı maşınlar toqquşub.