Şəmkirdə Səddamı bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub

Hadisə

21.06.2020 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda 15-16 yaşlarında şəxsin bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılması barədə yayılan məlumatlara münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, iyunun 20-də saat 02:00 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Səddam Həsənovun bıçaqlanması və daxilə keçən kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

 

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. İstintaqla cinayətin Şəmkir rayonu Düyərli kənd sakini 1996-cı il təvəllüdlü Elsevər Pirverdiyev tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş