Şəmkirdə qatar 22 yaşlı gənc oğlanı vuraraq öldürüb

Xəbərlər

16.10.2021 - 22:58

Taleh Ismayilov hadisə yerində ölüb 

Şəmkirdə qatar kişini vurub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Zəyəm stansiyasının Sabirkənd xəttində qeydə alınıb. Qatar 1999-cu il təvəllüdlü İsmayılov Taleh Nurəddin oğlunu vurub. O, hadisə yerində ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Müəllif: Ayna.az