Selçuk Bayraktar Anım Günü ilə bağlı paylaşım edib

Xəbərlər

27.09.2021 - 19:26

Həkimlər Klinikalar SEO Xidməti

Selçuk Bayraktar: “Bu gün can Azərbaycanımızın Qarabağ Zəfərinin başlanğıcının birinci ildönümüdür"

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar 27 sentyabr - Anım Günü ilə bağlı "Twitter"dəki hesabında paylaşım edib.

AYNA-nın məlumatına görə, Selçuk Bayraktar paylaşımda yazıb:

“Bu gün can Azərbaycanımızın Qarabağ Zəfərinin başlanğıcının birinci ildönümüdür. Əziz şəhidlərimizin ruhları şad, qəhrəman qazilərimizin əhvalı uca, müqəddəs Zəfərimiz mübarək olsun”.

Paylaşımda “Qarabağ Azərbaycandır!” şüarı da əksini tapıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş