Şəhid jurnalistlər təltif olundu

Xəbərlər

17.07.2021 - 11:58

General-polkovnik Arzu Rəhimov Məhərrəm İbrahimov və Sirac Abışovla bağlı əmr imzalayıb

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib.

 

AYNA xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

 

Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

 

Medallar şəhid media nümayəndələrinin ailələrinə ayın 22-si təqdim ediləcək.

Müəllif: Ayna.az