Səhhəti ağırlaşan qazi vəfat edib

Xəbərlər

29.03.2025 - 09:49

Həkimlər Klinikalar SEO Xidməti

Nurlan Qasımov xəstəlikdən əziyyət çəkirmiş

Qəbələdə Vətən müharibəsi qazisi vəfat edib. AYNA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, rayonun Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Qasımov Nurlan Gündüz oğlu “Veqener qranulomatozu” (Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir) xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, N.Qasımovun atası bir ay əvvəl müraciət edərək oğlunun səhhəti ilə bağlı yardım istəmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş