Xalq artisti səs çoxluğu ilə AKİ-nin növbəti rəhbəri kimi təsdiqlənib
Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədr seçkisi keçirilib. AYNA.AZ xəbər verir ki, konfransda AKİ-nin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Xalq artisti Şəfiqə Məmmədova AKİ sədri seçilib. O, səs çoxluğu ilə AKİ-nin növbəti rəhbəri kimi təsdiqlənib.
Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konfransında namizədliyi irəli sürməyib. Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.
Xatırladaq ki, AKİ sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da AKİ-nin seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb.