Rokçu özünü qarnından bıçaqlayıb
Dünyaca məşhur rok qrupu "Guns N Roses"in qrupunun baraban ifaçısı Stiven Adler özünü bıçaqlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, özünü qarnından bıçaqlayan musiqiçi xəstəxanaya aparılıb.
Rok qrupunun ən aktiv olduğu 1980-ci illərdə baraban ifa edən musiqiçinin həyati təhlükəsi olmadığı bildirilir.
Stiven Adler 1980-ci məşhurlaşan musiqiçi narkotikdən asılılığına görə qrupdan ayrılıb. O, 2012-ci ildə "Rok & Roll Hall of Fame"ə daxil edilib.
Məşhur rockçu öz qrupu olan "Adlers Appetite ilə Guns N Roses"in hit mahnılarını səsləndirməkdə davam edib.