Sarqsyandan etiraf: “Rusiya bizə 50 min tondan çox silah bağışlayıb”

Siyasət

19.08.2020 - 18:57

“Rusiyanın müttəfiq kimi bizə çox böyük köməyi dəyib”

 

 “2016-cı ilin aprel müharibəsinin Rusiyanın təhriki ilə baş verdiyini söyləmək siyasi nəzakətsizlikdir”. AYNA xəbər verir ki, bu sözləri İrəvanda mətbuat konfransı keçirən Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan deyib. O bildirib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir: “Bu cür bəyanatlarla çıxış etmək müttəfiqimizi xəyanətdə ittiham etmək deməkdir. Bu, yolverilməzdir – xüsusən o halda ki, Rusiyanın müttəfiq kimi bizə çox böyük köməyi dəyib”.

 

“2018-ci ilə qədər Ermənistan Rusiyadan 50 min tondan çox havayı silah-sursat, hərbi texnika alıb. Ermənistan regionda yeganə dövlətdir ki, “İsgəndər” raketlərinə sahibdir”, - deyə Ermənistanın sabiq rəhbəri vurğulayıb.

 

Qeyd edək ki, hazırkı Baş Nazir Nikol Paşinyan aprel döyüşlərindən sonra bu hadisələrin Rusiya tərəfindən törədildiyini iddia etmişdi.

Müəllif: Ayna.az