Salyanda yol qəzası olub, xəsarət alanlar var

Xəbərlər

18.10.2021 - 20:20

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Salyan rayonunda yol qəzası baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Beştalı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “Muravey”lə toqquşub. Qəza nəticəsində rayonun Beştalı kənd sakinləri, 2003-cü il təvəllüdlü Salmanov Hüseynağa Həsən oğlu və 2004-cü il təvəllüdlü Abdullazadə İlkin Rahib oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş