Zəlzələ zəif hiss edilib
Şabran rayonu ərazisində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km şimal-qərbdə Şabran rayonunda qeydə alınıb. Zəlzələ zəif hiss edilib.
Zəlzələnin maqnitudası 3.4, dərinliyi 2 kilometr olub.