Sabahın havası: yağış yağacaq, güclü külək əsəcək

Xəbərlər

10.11.2021 - 13:56

Həkimlər Klinikalar SEO Xidməti

Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Noyabrın 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-8°, gündüz 8-10°, Bakıda gecə 6-8°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7°, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş