Sabahın havası: 35 dərəcə isti olacaq

Xəbərlər

18.05.2021 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

 

Azərbaycanda mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, 8-13 m/s-dək güclənəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

 

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah gündüz Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş