Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

10.10.2021 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var

Oktyabrın 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq  küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi  769 mm civə sütunu  təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rayonlarda: Əsasən yağmursuz. Lakin  bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°  isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  3-8° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş