Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

10.12.2020 - 15:29

Bakıda yağış yağacağı gözlənilir

 

Dekabrın 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

 

Dekabrın 11-də Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 1-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz  0-3 dərəcə şaxta olacaq. 

 

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ayna.az