Sabaha gözlənilən xəbər açıqlandı

Xəbərlər

10.12.2019 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

Meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir

 

Dekabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. 

 

AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var. 

 

Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə sabah hava, əsasən, yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş