Sabah temperatur 36 dərəcəyə yüksələcək

Xəbərlər

03.06.2020 - 14:46

Abşeronda xəzri küləyinin əsəcəyi gözlənilir

 

Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 25-27° isti, Bakıda gecə 20-22°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

 

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Müəllif: Ayna.az