Etiraz aksiyalarına 17 siyasi partiyanın tərəfdarlarının qoşulacağı gözlənilir
Ermənistanın siyasi partiyaları sabah İrəvanın mərkəzində mitinq keçirəcək. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, noyabrın 11-i saat 13:00-a təyin olunan etiraz aksiyalarına 17 siyasi partiyanın tərəfdarlarının qoşulacağı gözlənilir.
Mitinqdə Baş nazir Nikol Paşinyanın istefası və Qarabağda yaranmış durumla bağlı siyasi partiya liderlərinin təklifləri müzakirə olunacaq.