Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Xəbərlər

08.10.2021 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Oktyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti , gündüz 4-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş