Sabah Bakıda külək əsəcək, arabir yağış yağacaq

Xəbərlər

22.11.2020 - 13:32

Həkimlər Klinikalar SEO Xidməti

Dağlıq ərazilərdə qar yağacağı gözlənilir

 

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə,  sabah Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

 

Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş