Saatlıda yanğın törədən şəxs saxlanılıb

Xəbərlər

11.08.2026 - 12:02

Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb

Saatlı rayonunun Musalı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

AYNA.AZ xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş