Saatlıda 17 yaşlı oğlan suda boğulub

Hadisə

13.07.2021 - 21:15

Meyit aidiyyəti üzrə təhvil verilib 

 

Saatlı rayonunda gənc oğlan suda boğulub. AYNA-nın “Report”a istinadən məlumatına görə, rayonun Potubəyli kənd sakini, 2004-cü il təvəllüdlü Azadov Ramin Vahid oğlu Mil-Muğan kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az