Yevgeni Ziniçev təlimdə bir insanın həyatını xilas edərkən ölüb
Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev Norilskdə keçirilən təlim zamanı həlak olub. AYNA “Lenta.ru” saytına istinadən bildirir ki, məlumat Fövqəladə Hallar Nazirliyindən təsdiqlənib.
“Təəssüflə bildiririk ki, nazirliyimizin rəhbəri Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən, Norilskdə Arktika zonasının fövqəladə hallardan qoruması ilə bağlı qurumlararası təlimdə bir insanın həyatını xilas edərkən faciəli şəkildə həlak olub”, - deyə məlumatda vurğulanıb.