Rusiyadan Xankəndiyə göndərilən yük Gəncə aeroportuna çatdırılıb

Xəbərlər

06.12.2020 - 17:55

Yük Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb

 

Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndiyə çatdırılması məqsədilə göndərilən humanitar yük dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.

 

AYNA-nın xəbərinə görə, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.

Müəllif: Ayna.az