Rusiyada yaşayış binasındakı partlayışda ölənlərin sayı 7-yə çatıb

Dünya

09.09.2021 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində daha 17 nəfər xəsarət alıb ki, onlardan ikisi uşaqdır

Dünən Rusiyanın Noqinsk şəhərində çoxmənzilli yaşayış binasında baş verən partlayış yerində axtarış-xilasetmə işləri davam edir. AYNA Rusiya mediasına istinadən bildirir ki, son məlumata görə, baş verən partlayışda ölənlərin sayı 7 nəfərə çatıb.

Hadisə nəticəsində daha 17 nəfər xəsarət alıb ki, onlardan ikisi uşaqdır. Zərər çəkən 6 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Xatırladaq ki, dünən səhər saatlarında Moskva vilayətinin Noqinsk şəhərindəki çoxmənzilli binada güclü partlayışı baş verib. Hadisə nəticəsində 24 mənzil zərər çəkib, onlardan 17-si tamamilə dağılıb. Binadan ümumilikdə 170-dən çox insan təxliyə olunub. Partlayışa məişət qazı sızmasının səbəb olduğu bildirilir.

 

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş