Rusiyada xəstəxanada yanğın: Beş koronavirus xəstəsi öldü

Dünya

12.05.2020 - 11:55

İlkin ehtimala görə, yanğın süni nəfəs aparatlarından birində texniki nasazlıq səbəbindən başlayıb

 

Koronavirusun tüğyan etdiyi Rusiyanın Sankt Peterburq şəhərində,  COVID-19-dan müalicə alan xəstələrin olduğu xəstəxanada yanğın baş verib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, xəstəxanadakı yanğın nəticəsində süni nəfəs aparatına qoşulu 5 koronavirus xəstəsi yanaraq ölüb.

 

Yerli KİV xəstəxanada olan 150 xəstənin xilas edilərək, təxliyyə olunduğunu yazır. İlkin ehtimala görə, yanğın süni nəfəs aparatlarından hansısa birində texniki nasazlığın yaranması səbəbindən başlayıb. Yanğın söndürülüb, hadisə yerində araşdırmalar aparılır. Neçə nəfərin xəsarət aldığı məlum deyil.

 

"Havalandırma qurğuları həddindən artıq dərəcədə işləyirlər. İlkin göstərişlər bunun həddən artıq yüklənməsinə və yanğının baş verməsinə səbəb olub", rəsmi açıqlamada qeyd edilir.

 

Qeyd edək ki, iki gün əvvəl də Krasnoqorsk şəhərində yatalaq xəstələrinin qaldığı xəstəxanada da yanğın olub, 9 xəstə yanaraq ölüb. Paytaxt Moskvada isə ötən həftə baş verən yanğında bir nəfər ölmüşdü.

 

Xatırladaq ki, Rusiyada karantinin yüngülləşdirilməsinə start verilmək nəzərdə tutulur. Yaxın zamanda İnşaat, əkinçilik sahələri və fabriklər yenidən işinə başlayacaq.

 

Rusiyada  son məlumata görə, koronavirusa yoluxma faktı 221 344 nəfər,  son sutkada yoluxma isə 11656 nəfərdir. Bu ölkədə  gündəlik yoluxmaya görə rekord göstərici sayılır.

Müəllif: Ayna.az