Rusiyada virusa yoluxma sayı dayanmadan artır

Dünya

11.05.2020 - 13:50

Ümumi ölüm sayı 2009 nəfərə çatıb

 

Rusiyada sutka ərzində 11 min 656 koronavirusa yoluxma faktı aşkarlanıb. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

 

Məlumatda deyilir ki, yeni yoluxanların 6 min 169-u Moskvada, 1079 nəfəri Moskvaətrafı, 3017 fakt Sankt-Peterburqda, 291-i Nijeqorod vilayətində qeydə alınıb.

 

Pozitiv test sahiblərinin 5 min 417 nəfərində klinik vəziyyət aşkarlanmayıb, sutka ərzində 94 nəfər həyatını itirib.

 

Ümumilikdə, Rusiyanın 85 vilayətində 221 min 344 yoluxma qeydə alınıb, 39 mindən çoxu xəstəlikdən sağalıb. Ümumi ölüm sayı 2009 nəfərə çatıb.

Müəllif: Ayna.az