Rusiyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır

Dünya

02.05.2021 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Hazırda 300 mindən çox xəstə müşahidə altındadır”

 

Rusiyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko “Rossia -1” telekanalında deyib.

 

"Koronavirusla bağlı vəziyyət hələ də gərgin olaraq qalır. Hazırda 300 mindən çox xəstə müşahidə altındadır", nazir qeyd edib.

 

Muraşko vildirib ki, yoluxma zəncirini qırmaq üçün may ayındakı tətillər uzadılıb.

 

Qeyd edək ki, Rusiyada pandemiya başlayandan bu yana 4 milyon 823 min 255 nəfər koronavirusa yoluxub. 4 milyon 443 min 922 nəfər sağalıb, 110 min 862 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş