Rusiyada koronavirusa yoluxanların sayı yarım milyona yaxınlaşır

Dünya

06.06.2020 - 15:07

Son sutka ərzində Rusiyada koronavirusdan 197 nəfər ölüb

 

Rusiyada koronavirusa yoluxanların sayı 450 min nəfəri keçib. AYNA xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat verib. 

 

Məlumata görə, ölkədə son 24 saat ərzində 8855 nəfər COVID-19-a yoluxub və ümumi yoluxma sayı 458 min 689-a yüksəlib. Bununla yanaşı, son sutka ərzində Rusiyada ölənlərin sayı 197 nəfər artaraq 5725-ə çatıb.

 

Qeyd edək ki, Rusiya dünyada koronavirusa yoluxma sayına görə, ABŞ və Braziliyadan sonra üçüncü yeri tutur.

Müəllif: Ayna.az