Rusiyada koronavirusa rekord yoluxma qeydə alınıb

Dünya

21.11.2020 - 16:22

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 24 min 822 nəfərdə koronavirus aşkar edilib

 

Gündəlik yoluxma sayının yüksək olduğu Rusiyada COVID-19 xəstələrinin ümumi sayı 2 milyon 64 min 748-ə yüksəlib. AYNA xəbər verir ki, bu barədə Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzi açıqlama verib.  

 

Bununla yanaşı, son sutka ərzində daha 467 nəfər virus səbəbiylə dünyasını dəyişib və ölənlərin sayı 35 min 778-ə yüksəlib.

 

Şimal qonşumuzda ölənlərlə yanaşı, sağalanların da sayı artıb. Belə ki, ölkədə gün ərzində 26 min 21 nəfər virusdan sağalıb və sağalanların ümumi sayı 1 milyon 577 min 435 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş