Rusiyada helikopter qəzası baş verib, <font color=red> ölən var</font>

Dünya

26.03.2021 - 00:46

Hadisə Baltik dənizinin Kurşsk körfəzinin üzərində baş verib

 

Rusiyada ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri qəzaya uğrayıb. AYNA xəbər verir ki, məlumatı Rusiya FHN yayıb.

 

Qeyd olunub ki, hadisə Baltik dənizinin Kurşsk körfəzinin üzərində baş verib.

 

Təlimi uçuşu zamanı baş verən qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Qəzanın baş vermə səbəbi araşdırılır.

Müəllif: Ayna.az