Rusiyada döyüşçü robot qrupları yaradılacaq

Dünya

24.11.2019 - 00:28

Həkimlər Klinikalar SEO Xidməti

"Biz 2025-ci ilə qədər fundamental və eksperimental dizayn planda bu məsələni yekunlaşdırmalıyıq"

 

2025-ci ilə qədər Rusiyada döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər. AYNA-nın məlumatına görə, bu barədə ölkənin müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən RİA "Novosti" agentliyi bildirib.

 

Qeyd edilir ki, qruplaşmaların formalaşdırılması məsələsi 2020-ci ildən nəzərdə tutulub. 

 

"Biz 2025-ci ilə qədər fundamental və eksperimental dizayn planda bu məsələni yekunlaşdırmalıyıq", - deyə mənbə bildirib.

 

Məlumata görə, qruplaşmaların sonra silahlı qüvvələr sisteminə keçidi planlaşdırılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş