Şimal qonşumuzda koronavirusa yoluxanların və ölənlərin sayı artıb
Rusiyada son 24 saat ərzində 7 min 933 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. AYNA xəbər verir ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 114 min 431-ə yüksəlib.
Şimal qonşumuzda pandemiyadan dünyasını dəyişənlərin sayı isə 96 nəfər artaraq 169-a çatıb.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 257 min 996 nəfər təşkil edir. Bu günə qəər 233 min 429 nəfər COVİD-19-un qurbanı olub.