Rusiyada bir gündə 169 COVID-19 xəstəsi ölüb

Dünya

29.07.2020 - 13:33

Son sutka ərzində 5 min 475 nəfər koronavirusa yoluxub

 

Son sutka ərzində Rusiyada 5 min 475 nəfər koronavirusa yoluxub. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, 169 xəstə vəfat edib, 8 min 116 nəfər sağalaraq evə buraxılıb. Ən çox yoluxma halı Moskvada qeydə alınıb.

 

Bununla da Rusiyada pandemiya dövründə COVID-19-a yoluxanların ümumi sayı 828 min 990 nəfərə çatıb. Sağalanların sayı 620 min 333 nəfərdir.  13 min 673 pasiyent vəfat edib.

 

Qeyd edək ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə qərarlaşıb.

Müəllif: Ayna.az