Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb

Dünya

03.11.2021 - 17:51

Qəzadan sonra təyyarədə yanğın başlayıb

Rusiyanın Yakutsk vilayətindən İrkutsk vilayətinə uçan “An-12” yük təyyarəsi qəzaya uğrayıb. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, qəzadan sonra təyyarədə yanğın başlayıb.

Göyərtəsində 8 nəfərin olduğu təyyarənin İrkutsk aeroportundan 4 kilometr aralıda, Pivovarixa kəndi yaxınlığında yerə düşdüyü bildirilir.

Müəllif: Ayna.az