Rusiya və ABŞ Donbassdakı vəziyyəti müzakirə edib

Dünya

06.04.2021 - 12:23

Rusiya tərəfi bölgədə baş verənlərlə bağlı hərtərəfli izahatlar verib

 

Rusiya və ABŞ nümayəndələri Ukraynanın cənub-şərqindəki Donbass bölgəsindəki vəziyyətlə bağlı danışıqlar aparılıb. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

 

Ryabkovun sözlərinə görə, Rusiya tərəfi Donbassda baş verənlərlə bağlı hərtərəfli izahatlar verib.

 

Qeyd edək ki, ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə əlaqə qurmağa hazır olduğunu bildirmişdi. Dövlət Departamentinin açıqlamasında bildirilmişdi ki, ABŞ Ukrayna sərhədinə Rusiya qoşunlarının cəmləşdirilməsindən narahatdır.

 

Xatırladaq ki, aprelin 2-də rəsmi Kiyev Moskvanı Donbassdakı hərbi varlığını artırmaqda günahlandırdı. Ukrayna Müdafiə Nazirliyi Rusiyanın sərhəddə nizami ordu birləşmələrini cəmləşdirdiyini və özlərini “dövlət” elan etmiş separatçılarla birlikdə hərbi təlimlər keçirdiyini açıqlayıb.

Müəllif: Ayna.az