Rusiya Konstitusiyası dəyişir: Putin səs verdi

Dünya

01.07.2020 - 12:34

Əhalinin böyük əksəriyyətinin Konstitusiya dəyişikliyinə “hə” deyəcəyi gözlənilir

 

Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya ediləcək dəyişikliklərə səs verib. AYNA Rusiya KİV-ə istinadən bildirir ki, dövlət başçısı ənənəvi olaraq seçkilərdə səs verdiyi Moskvanın cənub-qərbindəki Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin binasındakı seçki məntəqəsinə gəlib.

 

Dünən Putin hər bir vətəndaşın səs verməsinin vacibliyini qeyd edərək rusları referendumda səs verməyə çağırıb. O, təklif olunan dəyişikliklərin rus xalqının əsas problemlərini həll edəcəyini söyləyib.

 

Qeyd edək ki, bu gün Rusiya Federasiyasında Konstitusiya dəyişikliyi üçün referendum keçirilir. Aparılan sorğulara görə proqnoz edilir ki, əhalinin böyük əksəriyyəti Konstitusiya dəyişikliyinə “hə” deyəcək.

Müəllif: Ayna.az