Rusiya hərbi təyyarəsi Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub

Dünya

15.03.2025 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

Koreya vəziyyətə cavab vermək üçün öz Hərbi Hava Qüvvələrinin təyyarələrini hadisə yerinə göndərib

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, bu gün səhər saatlarında Rusiyaya məxsus bir neçə hərbi təyyarə Şərqi dəniz regionunda Cənubi Koreyanın hava hücumundan müdafiə sisteminin identifikasiya zonasına daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, “təyyarələr Cənubi Koreyanın hava məkanını pozmayıblar”, lakin ölkənin Müdafiə Nazirliyi “vəziyyətə cavab vermək üçün öz Hərbi Hava Qüvvələrinin təyyarələrini hadisə yerinə göndərib”.

“Yonhap” əlavə təfərrüat vermədən "hadisənin təlim zamanı baş verdiyinin" müəyyən edildiyini yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş